AZ   |   RU
Gələn həftə Ukrayna Aİ-yə üzvlüyə namizəd ola bilər

“Ukraynanın Avropa İttifaqına namizədliyi Rusiya üzərində qələbəni daha da yaxınlaşdıracaq”.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski “tvitter” hesabında yazıb.

Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyenə tarixi qərara görə minnətdar olduğunu və gələn həftə təşkilatdan müsbət nəticə gözlədiyini bildirib.

Qeyd edək ki, Aİ-na üzv olan 27 ölkənin liderləri gələn həftə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək sammitdə Ukraynanın təşkilata namizədliyini müzakirə edəcək.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-06-2022, 16:30