AZ   |   RU
Putin Ukrayna taxılı ilə bağlı BMT-nin qətnaməsini qəbul etməyib

“Ukraynanın Odessa limanından taxıl çıxarmaq üçün Rusiya prezidenti Vladimir Putinlə razılaşma çətin olacaq”.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Makron bildirib ki, biz Rusiya ilə ərzaq təhlükəsizliyi barədə danışmalıyıq. “Odessadan taxıl çıxarmaq üçün birbaşa BMT-nin baş katibi ilə əlaqə saxlamalıyıq. Ancaq mən bu varianta çox da inanmıram. Çünki bir neçə həftə bundan öncə Putinlə danışıqlarım olmuşdu. O, BMT-nin bu mövzuda qətnaməsini qəbul etmək istəmədi”.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-06-2022, 16:18