AZ   |   RU
Çavuşoğlu etiraz etdi, xəritə yeniləndi – Makedoniyada Türkiyə qalmaqalı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Makedoniyanın Orhid şəhərində keçirilən Predpa Dialoq Forumunun loqosunda əks olunan xəritədə dəyişiklik edilməsini tələb edib.

Missiya.Az
xəbər verir ki, bu barədə “Anadolu agentliyi” məlumat yayıb.

Çavuşoğlu Türkiyənin forumun loqosunun xəritəsində əks olunmamasına təəccübləndiyini bildirib. Forumun təşkilatşıları dərhal xəritəni yeniləyib və lazımı dəyişikliklər ediblər. Daha sonra təşkilatın iştirakçıları yenilənmiş xəritənin qarşısında təqdimatlarla çıxış ediblər.

Şimali Makedoniyada keçirilən forum çərçivəsində Çavuşoğlu Xorvatiya prezidenti Zoran Milanoviç, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqoy və Monteneqronun baş nazirinin müavini, regional inkişaf naziri Ervin İbrahimoviç də daxil olmaqla müxtəlif ikitərəfli görüşlər keçirib.

Bundan əlavə, Türkiyə diplomatiyasının rəhbəri Şimali Makedoniyadakı türk icmasının nümayəndələri ilə də görüşüb.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-06-2022, 12:14