AZ   |   RU
Namik Ələskərov "Sabah"la müqavilə imzalayıb

Namik Ələskərov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Missiya.Az
Apa-a istinadən xəbər verir ki, milli komandamızın üzvü “Sabah”a keçib.

Paytaxt təmsilçisi sosial şəbəkə vasitəsilə bu keçidi açıqlayıb. Ötən mövsümü Türkiyə TFF I liqasında “Bursaspor”un heyətində keçirən Ələskərov yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, “Sabah”da 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Sabah” ona qədər Tellur Mütəllimov, Anatoli Nuriyev və Davit Volkovu transfer edib. Nicat Mehbalıyev isə “Qəbələ”dən icarədən qayıdıb.



  • 17-06-2022, 11:50