AZ   |   RU
Ərdoğan Türkiyənin gələcək hədəfləri barədə danışdı: “İxrac həcmini 500 milyard dollara çatdıracağıq”

“Türkiyə 21-ci əsrin yüksələn ulduzlarından biri olacaq”. 

Missiya.Az
“Anadolu agnentliyi”nə istinadən xəbər verir ki, bu sözləri Ədalət və İnkişaf partiyasının nümayəndəlik rəhbərlərinin iclası zamanı Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

Ərdoğan bildirib ki, AKP 2002-ci ildə hakimiyyətə gələndə Türkiyənin ixrac həcmi 36 milyard dollar səviyyəsində idi. 

“Biz bu məbləği 500 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Hökümətin məqsədi ixracı 500 milyard dollara çatdırmaq və sonra bu rəqəmi iki dəfə artırmaqdır. Ölkədə istehsal artır və turizm inkişaf edir”.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-06-2022, 11:48