AZ   |   RU
"Qərbin hər gecikən qərarına görə, Rusiya hərbçiləri daha çox ukraynalı öldürür" - Zelenski

“Rusiyanın Ukraynanı işğal etməsi bütün Avropaya qarşı təcavüzdür”.

Missiya.Az
“Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, Ukrayna Qərbdən nə qədər çox silah alsa, Rusiyanın işğal etdiyi torpaqlarını bir o qədər tez azad edə biləcək. 

“Hər gecikmə və ya təxirə salınmış qərarlar Rusiya hərbçiləri üçün ukraynalıları öldürmək, şəhərlərimizi dağıtmaq üçün bir fürsətdir”.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-06-2022, 11:05