AZ   |   RU
Ukrayna Baş Qərargahı: "Zaporoje istiqamətində uğurlarımız var"

“Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində Rusiya qoşunlarının Zolotye yaşayış məntəqəsindən hücumunun qarşısını alaraq, onları geri oturdub”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

“Rəqib artilleriya və reaktiv yayılım atəş sistemi ilə Kulbakino, Mikolaivka, Stepova Dolina, Muraxivka, Novopavlivsk, Knyazivka, Osokorivka, Lupareve və Posad-Pokrovskoye yaşayış məntəqlərini atəşə tutub. Ukrayna aviasiyası rəqibin qüvvələrinin cəmləşdiyi Xerson vilayətinin Xerson, Kaxovsk və Berislavsk bölgələrinə zərbələr endirib”, - Baş Qərargahdan bildirilib.

Qeyd edilib ki, Ukraynanın müdafiəçiləri Donetsk istiqamətində Rusiyanın “Mi-35M” helikopterini vurub: “Zaporoje vilayətində qoşunlarımızın uğurları var. Zerson vilayətində rəqib çoxlu canlı qüvvə itirib”.


  • 17-06-2022, 09:30