AZ   |   RU
Bu gün Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə namizədliyi ilə bağlı rəy açıqlanacaq

Bu gün Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayacaq.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, komissiya üç ölkənin namizəd statusunu alması üçün tələblərə nə qədər uyğun olub-olmaması barədə analitik hesabatlar təqdim edəcək.

Mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, üç ölkəyə Aİ-yə üzvlüyə namizəd statusunun təqdim edilməsi ilə bağlı qərar iyunun 23-24-də məlum olacaq.


  • 17-06-2022, 09:20