AZ   |   RU
Lavrov: "Rusiya heç kimə hücum etməyib"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkəsi Ukraynada heç kimə hücum etməyib. 

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş diplomatı “BBC“ə müsahibəsində bildirib.

O bildirib kli, Ukrayna rejimi mülki əhaliyə və şəhərlərə hücum edir.

“Biz heç kimə hücum etməmişik. Ukraynalılar ruslara hücum etdilər. Başqa seçimimiz yox idi. Hakimiyyət bütün bunları dəfələrlə izah edib”,-deyə Lavrov vurğulayıb.

Lavrov onu da bildirib ki, Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir.

  • 16-06-2022, 23:47