AZ   |   RU
Moskvadan Britaniyanın media sanksiyalarına sərt cavab - Məşhur jurnalistlərin Rusiyaya girişinə qadağa qoyuldu
Rusiya Böyük Britaniyanın rus ictimai xadimlərinə qarşı sanksiyalarına cavab verib. Belə ki, Rusiya Böyük Britaniyada yaşayan yüksək səviyyəli jurnalistlərin ölkəyə girişinə qadağa qoyub.

Missiya.Az xəbər verir ki, bu barədə BBC- məlumat yayıb.  Həmin jurnalistlər arasında Ukraynadan reportaj hazırlayan müxbirlər - Klayv Myri, Orla Qerin, Nik Robinson və Nik Bek və baş direktor Tim Davienin adı var.

 Eyni zamanda, Sky TV, Times, Guardian, Channel 4 və İTV jurnalistlərinə də qadağa qoyulub. Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, 29 media mənsubunun daxil olduğu siyahının genişləndirilməsi üzərində işlər davam etdiriləcək.  

“Siyahıya daxil edilən britaniyalı jurnalistlər Rusiya, Ukrayna və Donbas hadisələri haqqında qəsdən yalan və birtərəfli məlumatların yayılmasında iştirak edirlər. Onlar öz qərəzli qiymətləndirmələri ilə Britaniya cəmiyyətində rusofobiyanın alovlanmasına da töhfə verirlər”.

Leyla Səməndər
Missiya.Az













  • 16-06-2022, 18:29