“Şimal Axını-1” boru kəməri ilə Avropaya qaz nəqli dayandırıla bilər.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Avopa Birliyindəki səfiri Vladimir Çijov məlumat yayıb.
Çijov bildirib ki, nəqlin dayandırılmasına səbəb turbinlərin təmiri ilə bağlı yaranan problemlərdir.
“Baltik dənizinin dibi ilə Rusiyadan Avropaya qaz tədarükü edən boru kəmərində qaz axınının tamamilə dayandırılması Almaniya üçün fəlakət olacaq”.
Almaniyaya “Şimal Axını 1”-də qaz nəqli bu həftə iki dəfə kəsilib. Ölkənin İqtisadiyyat Nazirliyi bu addımın qeyri-müəyyənlik yaratmaq və yanacağın qiymətini artırmaq məqsədi daşıdığını bildirib.
Daşqın Həsənov
Missiya.Az