AZ   |   RU
"Qurbağa, qaraciyər və spagetti yeyənlərin Kiyevə getməsi heç nəyi dəyişməyəcək" - Medvedev üç lideri ələ saldı

“Fransa, Almaniya və İtaliya liderlərinin Ukraynanın paytaxtı Kiyevə səfər etmələrinin heç bir faydası yoxdur”.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Twitter” hesabında yazıb. 

Medvedev bildirib ki, Fransa prezident Emanuel Makronun, Almaniya kansleri Olaf Şolzun və İtaliya baş naziri Mario Draqinin Kiyevə səfəri Ukraynanı sülhə yaxınlaşdırmayacaq. 

Medvedev hər üç avropalı lideri qurbağa, qaraciyər və spagettinin həvəskarı adlandırıb.

Daşqın Həsənov 
Missiya.Az 


  • 16-06-2022, 16:02