AZ   |   RU
Reznikov: "Ukrayna Rusiya ordusunu dayandırmasa, o Polşaya girəcək"

Ukrayna müttəfiqləri ilə birgə Rusiya ordusunu dayandırmasa, o Polşaya girəcək.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu Polşanın “Polsat News” televiziyasına müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Nazir bildirib ki, Ukrayna xalqı ciddi müqavimət göstərib. Bu səbəbdən Rusiya 72 saat ərzində Kiyevi tuta bilmədi. Ukraynanın müqavimət göstərə bilməsi üçün müttəfiqlər də dəstəyi davam etdirməlidir.

“Əgər Ukrayna sizin köməyinizlə rusları dayandırmasa, onlar sizə də gələcək. Sizin övladlarınız bu gün cəbhədə həlak olmur. Biz azad Varşava üçün qanımızı axıdırıq” – deyə Reznikov vurğulayıb. 

Reznikov bildirib ki, Polşanın təqdim etdiyi “Krab” haubitsaları ölüm hallarının azalmasına kömək edib.

  • 15-06-2022, 22:26