“İsveç və Finlandiya rəsmiləri NATO-ya üzv olmaqla müraciətlərini gələn həftə Türkiyə hökuməti ilə birlikdə müzakirə edəcək".
Missiya.Az xəbər verir ki, bu sözləri Britaniyanın müdafiə naziri Ben Uolles mətbuata açıqlamasında deyib.
Uolles bildirib ki, Türkiyəni dinləmək vacibdir. Xatırladaq ki, iki Şimali Avropa ölkəsi olan İsveç və Finlandiya ötən ay hərbi ittifaqa qoşulmaq üçün rəsmi müraciət edib.
Türkiyə isə bu ölkələrin kürd yaraqlılarını və terrorçu hesab etdiyi digər qrupları dəstəkləməkdə və onlara sığınacaq verməkdə ittiham etdiyi üçün NATO-ya üzvlüklərinə qarşı çıxır.
Zərintac Mayisqızı
Missiya.Az