AZ   |   RU
Avropa İttifaqı Rusiyadan qaz asılığından xilas olmağın yolunu tapdı - İki ölkə ilə saiziş imzalandı

Avropa İttifaqı Misir və İsraillə qaz ixracı ilə bağlı üçtərəfli müqavilə imzalayıb. 

Missiya.Az
“Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə İsrailin Enerji Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, tarixi saizişə Misirin paytaxtı Qahirə şəhərində imza atılıb. 

Məlumatda bildirilir ki, bu saziş ilk dəfə olaraq, İsrail qazının Avropaya ixracına imkan verəcək. 

Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Leyen Misir və İsrailin enerji nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında tarixi sazişin imzalanmasını səmimiyyətlə alqışladığını deyib. 

Qeyd edək ki, Avropa İttifaqı qazın 40%-ni Rusiyadan alır. İttifaq Moskvanın Ukraynaya təcavüzündən sonra Rusiya qazından asılılığı azaltmaq üçün yeni yollar axtarır.

Daşqın Həsənov 
Missiya.Az 


  • 15-06-2022, 17:30