AZ   |   RU
Qasparyan Paşinyanın səsləndirdiyi fikirlərə cavab verdi: "Əxlaqsız yalançıdan başqa heçnə gözləmək olmazdı"
Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanın bu gün parlementdə müharibənin dayandırılması barədə səsləndirdiyi fikirlərə cavab verib. 

Missiya.Az
xəbər verir ki, Ermənistanın “Armlur.am” saytına danışan Qasparyan, Paşinyanı “əxlaqsız” adlandırıb. 

Sitat: “Əslində bu əxlaqsız yalançılardan başqa bir şey gözləmək olmazdı. Mən noyabrın 17-də verdiyim açıqlamanı təsdiqləyirəm. Ermənistanın baş naziri və Təhlükəsizlik Şurasının katibi həqiqəti həyasızcasına təhrif edir və güc rıçaqlarından istifadə edərək cəmiyyəti yoldan çıxarırlar. Onların iclaslarında protokollar saxtalaşdırıla və istədikləri şəkildə təqdim edilə bilər. Həqiqət yalnız hazırkı Baş nazirin istefasından və hökumətdəki dəyişikliklərdən sonra obyektiv şəkildə ortaya qoyula bilər. Yalnız ondan sonra bütün həqiqətlər ortaya çıxacaq”, - statın sonu.  

Xatırladaq ki, bu gün Paşinyan parlamentdəki çıxışı zamanı keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın yalan danışdığını, ona müharibənin dördüncü günü döyüşləri dayandırmaqla bağlı heç bir məruzə etmədiyini deyib. 

Sitat: “Guya müharibənin dördüncü günündə Qasparyan hərbi əməliyyatlarının dayandırılması ilə bağlı mənə müraciət edib. Amma bu fikirlərin heç bir əsası yoxdur. Onik Qasparyan belə bir söz deməyib. Bütün danışıqlar rəsmi şəkildə aparılır və yazılır, stenoqram da var. Qasparyanın dediyi söhbət Təhlükəsizlik Şurasının 30 sentyabrda keçirdiyi iclasında olub. O, iclas zamanı mənə dedi ki, düşmən heç bir uğur əldə edə bilmir. Əksinə, Ermənistan ordusunun döyüş tapşırığını icra etdiyini dedi. Qasparyan bildirdi ki, ordu sona qədər öz tapşırıqlarını yerinə yetirəcək”, - sitatın sonu. 

Elvin
Missiya.Az


  • 14-04-2021, 17:55