"Nüvə silahından istifadə riski indi soyuq müharibənin qızğın vaxtından bəri hər zaman olduğundan daha yüksək görünür"
Missiya.Az Kommersant.ru-ya istinadən xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) direktoru Den Smit qurumun illik hesabatında deyib.
Ekspertlər bildirirlər ki, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya kimi nüvə başlığına malik ölkələr qarşıdakı illərdə döyüş başlıqlarının sayını artırmaq niyyətindədir və artıq öz silahlarını modernləşdirirlər.
SIPRI-nin məlumatına görə, 2021-ci ildə nüvə arsenallarında bir qədər azalma olsa da, institut onların növbəti onillikdə artacağını proqnozlaşdırır.
Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Rusiya Federasiyası ilə ABŞ arasında strateji sabitliyə dair danışıqlar faktiki olaraq dondurulub.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Çin, Rusiya, Fransa, ABŞ və Böyük Britaniya Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinə qoşulmayıb və İranla nüvə sazişi iştirakçılar tərəfindən razılaşdırılmayıb.
Beləliklə, vəziyyət ölkələrin nüvə ritorikasının kəskinləşməsi ilə daha da gərginləşir.
2022-ci ilin yanvar ayına olan məlumata görə nüvə başlıqlarına sahib lider ölkələr aşağıdakı kimi sıralanıb:
ABŞ - 1744 (ehtiyatlabirlikdə - 3708);
Rusiya - 1588 (4477);
Fransa - 280 (290);
Böyük Britaniya (2021-ci ildə ölkə nüvə başlıqları haqqında məlumatları dərc etməkdən imtina edib) - 120 (180)
Teymur Aslanov
Missiya.Az