AZ   |   RU
Rusiyanın Estoniyadakı səfiri XİN-ə çağırılıb


Rusiya səfiri Vladimir Lipayev Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiya Prezidenti Vladimir Putinin ölkənin Narva şəhəri ilə bağlı fikirləri olub.

“Səfirlə görüşən dövlət katibinin müavini Reyn Tammsaar Prezident Putinin bəyanatından, o cümlədən Estoniyanın Narva şəhəri ilə bağlı şərhindən təəssüfləndiyini bildirib”, - XİN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, ötən gün I Pyotrun döyüşlərindən danışan Rusiyanın dövlət başçısı o dövrdəki hadisələri Ukraynadakı müharibə ilə müqayisə edib və və indi güclənib qayıtmaq növbəsinin onlarda olduğunu qeyd edib.



  • 10-06-2022, 23:13