AZ   |   RU
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

Sumqayıtda yanğın hadisəsi baş

Missiya.Az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

  • 10-06-2022, 22:48