AZ   |   RU
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi finala yüksəlib


Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.

Rəqib iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanovv 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurub. Oyunda son nöqtəni isə 32-ci dəqiqədə Samir Həmzəyev qoyub.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb. Finalda rəqib Bolqarıstan - Rumıniya duelinin qalibi olacaq.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Slovakiyaya 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə yenib - 4:3.

Avropa çempionatı

Yarımfinal
10 iyun
20:30. Azərbaycan - Qazaxıstan - 3:2

Qollar: Bəxtiyar Soltanov, 18. Tural Nərimanov, 26. Samir Həmzəyev, 32 - Şaxrur Xaşimov, 9. Medet Kudaybergenov, 20
Koşitse (Slovakiya), "Steel Arena"


  • 10-06-2022, 21:59