Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar iyunun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolları Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.