AZ   |   RU
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb.

Missiya.Az
"Rport"a istinadən xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova Hazırda Azərbaycanda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşının rəsmi qeydiyyatda olduğunu bildirib.

"Onlardan 5704-i (69,6 %) kişi, 2498-i (30,4%) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal “90-90-90” hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır", - o, söyləyib.


  • 9-06-2022, 15:17