AZ   |   RU
Kremldən Türkiyə PUA-larının Donbas bölgəsində uçmasına reaksiya: "Narahatıq"

Rusiya Türkiyənin Ukraynaya satdığı Pilotsuz Uçuş Aparatlarının (PUA) Donbas bölgəsində uçuşlar həyata keçirməsinə reaksiya verib. 

Missiya.Az 
xəbər verir ki, Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov Türkiyə PUA-larının Donbas bölgəsində uçuşlar həyata keçirməsindən narahat olduqlarını deyib.  

Ryabkov deyib ki, Türkiyə məhsullarının istehsalı və başqa ölkələrə ixracı ciddi məsələdir: “Türkiyə ilə müxtəlif istiqamətlərdə əlaqələrimiz var. Biz anlayırıq ki, istehsal etdiyi məhsulları satmalıdır. Bu mövzuda əlaqə kanallarımız vasitəsi ilə müzakirələr aparırıq. Türk PUA-larının Donbasda uçuşlar keçirməsi bizi məmnun etmir”. 

Rusiya rəsmisi bu açıqlamanı Ukrayna tərəfinin Türkiyə PUA-larının ilk dəfə Donbas bölgəsində uçuşlar həyata keçirməsi barədə məlumat yaydıqdan sonra verib. Ryabkov, ABŞ-ın döyüş gəmilərinin Türkiyənin boğazlarından keçərək Qara dənizə daxil olması barədə də danışıb. O bildirib ki, ABŞ gəmilərinin Qara dənizə daxil olması təxribatdır. 

Rusiya rəsmisi ABŞ-a xəbərdarlıq edib: “Bir “qəza”nın baş vermə riski yüksəkdir. ABŞ Rusiya və Krımdan uzaq durmalıdır”. 

Sergey Ryabkov, Moskvanın Donbasdakı vətəndaşlarını qorumağa davam edəcəyini deyib. 

Elvin
Missiya.Az


  • 13-04-2021, 17:55