AZ   |   RU
ABŞ Almaniyadakı hərbçilərinin sayını artırır

ABŞ Almaniyada daha 500 hərbçi yerləşdirmək barədə qərar qəbul edib.

Missiya.Az
xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Berlinə səfəri zamanı almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə təsdiqlənən və 12 min amerikalı hərbçinin Almaniyadan çıxarılmasını nəzərdə tutan plan ləğv olunub: “Fikrimcə, bizim əlavə 500 hərbçi ilə bağlı təyinatımız NATO-ya sədaqətimiz və tərəfdaşlığımızın səviyyəsindən xəbər verir”.

Qeyd edək ki, D.Tramp rəsmi Berlinlə aralarında olan müdafiə xərclərinə dair mübahisələrə görə ABŞ-ın Almaniyadakı hərbçilərinin üçdə birini ixtisara salmaq haqqında qərar qəbul etmişdi.

Bu il fevralı 4-də ABŞ prezidenti Cozef Bayden bildirmişdi ki, müdafiə naziri Lloyd Ostin məsələni nəzərdən keçirəndən sonra qoşunların çıxarılması müddətini azaldacaq.

report


  • 13-04-2021, 16:59