AZ   |   RU
Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlandı

Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpoot 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb.

Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır.

Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.


  • 13-04-2021, 15:08