AZ   |   RU
Şəkidə turistləri daşıyan avtobus dərəyə aşdı

Şəkidə turistlərin olduğu avtobus aşıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 16.30 radələrində Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzində, dağlıq ərazidə içərisində 25 nəfərə yaxın turist olan “Hundai” markalı avtobus aşıb. Qəza nəticəsində yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub.


  • 5-06-2022, 17:49