AZ   |   RU
Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu
 

Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.

Missiya.Az xəbər verir ki, səsvermə 89 - lehinə, iki - əleyhinə olmaqla başa çatıb.

Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir  - müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub. 

Səsvermə qanunverici o​​​​rqanın veb saytında canlı olaraq yayımlanıb.


  • 22-02-2021, 22:53