AZ   |   RU
Zelenski xalqa müraciətində “Bayraktar TB2” PUA-larının əhəmiyyətinə toxunub

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 100-cü günündə ölkə vətəndaşlarına müraciətində Türkiyənin “Bayraktar TB2” zərbə PUA-larının əhəmiyyətinə toxunub.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı xalqa müraciətində deyib.

“Bayraktar”, “Harpoon”, HIMARS, “Starlink”, “Javelin”, “Neptun”, “Jeşuv” və “Lend-liz”. Sonuncu 100 günlük döyüş, diplomatiya və dəstəyi göstərir”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, ukraynalılar, səkkiz illik müharibədən sonra Rusiyaya genişmiqyaslı işğalın 100 günü ərzində üç söz - sülh, qələbə və Ukrayna uğrunda mübarizəni davam etdirdilər.

Prezident bugünkü müraciətində 24 fevral 2022-ci ildən leksikonda yer alan söz və anlayışları sadalayıb. Ümumilikdə prezident yeni Ukrayna tarixinin simvolu hesab etdiyi 100 sözü qeyd edib:
“2014-cü ildə Rusiya Ukraynaya “müharibə” sözü ilə gəldi və fevralın 24-də ona “tam miqyaslı” sözünü əlavə etdi”.

“"Palyanitsa", "Stuqna", "Kazak", "İlan" və "Çernobayevka". Zelenskinin sözlərinə görə, Ukrayna müqaviməti və düşmənləri ilə bağlı hər şeyi son sözdə görmək olar”, - Zelenski deyib.

Onun dediyinə görə, "Qostomel", "Axtırka", "Borodyanka", "Çerniqov", "Xarkov", "Xerson", "İzyum", "Melitopol" və "Azovstal" - sadəcə sözlərdən daha çox məna kəs bedir.

“Volnovaxa”, “Saltovka”, “Popasna” və “Severodonetsk” düşmənin silmək istədiyi sözlərdir, lakin Ukrayna tərəfi onları və “tribunal” sözünün yanında “Buça” və “Mariupol” sözlərini yazacaq;
Ukrayna “qaçqınlar” sözündən qaçır, lakin “məcburi köçkünlər” sözü milyonlarla ukraynalının gələcəyinin öz vətənlərində olacağına ümid edir”, - Zelenski əlavə edib.

  • 3-06-2022, 23:16