AZ   |   RU
Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Paşinyanla görüşüb

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, o, bu barədə “Twitter“ hesabındakı paylaşımında bildirib.

“İrəvanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Təhlükəsizlik Şurasının sədri Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyanla intensiv görüşlər oldu. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə (əlaqələrinə dair) ən son vəziyyəti müzakirə etdik”, - deyə Klaar bildirib.


  • 3-06-2022, 22:51