AZ   |   RU
Rusiyanın Ukraynadakı əməliyyatları nə vaxt sona çatacaq? - Peskovdan AÇIQLAMA

“Rusiya Ukraynadakı bütün məqsədlərinə çatana kimi müharibəni davam etdirəcək”. 

Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Ukraynanın Luqansk və Donetsk vilayətlərində davam edən döyüşlərə münasibət bildirən Peskov bildirib ki, əməliyyatın əsas məqsədlərindən biri həmin bölgələrdəki insanları qorumaqdır. 

“Onların mühafizəsinin təmin edilməsi istiqamətində tədbirlər görülüb və müəyyən nəticələr əldə edilib.”

Daşqın Həsənov 
Missiya.Az 


  • 3-06-2022, 17:47