AZ   |   RU
Kuleba ABŞ-a silah tədarükünə görə təşəkkür etdi

Ukrayna ABŞ və onun dövlət katibi Antoni Blinkenə Kiyev üçün ayırdığı 700 milyon dollarlıq yeni silah paketinə görə minnətdardır. 

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba bildirib ki, yeni paket 80 km məsafədəki hədəfləri dəqiq vura bilən yüksək hərəkət qabiliyyətinə malik artilleriya raket sistemlərini əhatə edəcək. 

“Qabaqcıl Amerika sistemləri cəsur silahlı qüvvələrimizə Ukrayna torpaqlarını rus işğalçılarından müdafiə etməyə kömək edəcək.”

Daşqın Həsənov 
Missiya.Az 


  • 2-06-2022, 17:11