Amerika Birləşmiş Ştatları Ukraynaya Kiyevin Rusiya ərazisinə zərbə endirməsinə imkan verəcək uzaqmənzilli raket sistemləri göndərməyəcək.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.
Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə uzaqmənzilli raket silahlarını ötürməyə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib: “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”.
Bundan əvvəl “New York Times” mənbələrə istinadən xəbər verir ki, Ağ Ev Ukraynaya atəş məsafəsi 500 km-ə çata bilən M31 GMLRS (Guided Multiple Launch Rocket System) qurğuları ilə təchiz etmək qərarına gəlib.
Bundan əlavə, bu cür qurğular peyklərdən idarə olunan raketlərlə təchiz oluna bilər.