AZ   |   RU
Nizami rayonu 229 saylı məktəbdə “STEAM Rəqəmsal bacarıqları” layihəsinin təqdimatı olub - FOTO

Nizami rayonu Milli Qəhrəman Yuriy Kovalyov adına 229 saylı məktəbdə Azərbaycan Pedaqoji Universitetinin riyaziyat müəllimliyi ixtisasına yiyələnəcək tələbələrin təşəbbüsü ilə tədbir keçirilib.

229 saylı məktəbdə 4 aydır ki, təcrübə keçən təcrübəçi müəllimlər maraqlı vida mərasimi təşkil ediblər.

Tədbirdə “STEAM Rəqəmsal bacarıqları” layihəsinin təqdimatı və təcrübəçi müəllimlərin 4 aylıq hesabat çıxışı olub. Layihənin əsas mahiyyəti gələcək müəllimlərin şagirdlərlə ünsiyyəti, tədris etdikləri riyaziyyat fənni, fəal təlimin prinsipləri, onlara riyaziyyat fənnindən qorxmamağı, riyaziyyatı əyləncəyə çevirməyi aşılamaqdan ibarət olub.

Təşkil olunmuş əyləncəli riyaziyyat tədbirində şagird və təcrübəçi müəllimlər birlikdə maraqlı konsert proqramı təqdim ediblər. Ədəbi bədii kompozisiya xarakterli tədbirdə qonaqlara riyaziyyat fənni ilə ədəbiyyat, musiqi, meyxana və teatrlaşdırılmış səhnələrin sintezindən ibarət nümunələr təqdim olunub.

Şagirdlərin ifasında vətənpərvər ruhlu nəğmələr oxunub, rəqslər nümayiş etdirilib. 

Missiya.Az xəbər verir ki, tədbirdə Azərbaycan Pedaqoji Universitetinin müəllimlərindən Allahverdi Cəfərov, Məlahət Abdullayeva, İradə Zeynalova, Zalxa Qardaşova, həmçinin təcrübəçi müəllimlərin rəhbəri Samirə Həsənli və Bakı Dövlət Unuversitetinin dosenti, yazıçı Reyhan Yusifqızı iştirak edib.

Təcrübəçi müəllimlərin rəhbəri Samirə Həsənlinin xüsusi əməyi və maraqlı ssenarisi əsasında düzənlənmiş tədbirlə bağlı çıxış edənlər həm məktəb rəhbərliyi, həm də müəllim-şagird heyətinə təşəkkürlərini bildirərək ürək sözlərini atdırıblar. Daha sonra təcrübəçi müəllimlərə sertifikatlar paylanıb.
Tədbirin ikinci hissəsində qonaqlar üçün 229 saylı məktəbin şagirdlərinin hazırladığı texno-sərgi nümayiş etdirilib.

Şagirdlər özlərinin hazırladıqları dronlar, maraqlı texno-eksponatlar izləyicilərin marağına səbəb olub. Pedoqoji Universitetin müəllimləri şagirdlərə və məktəb rəhbərliyinə uğurlar arzu ediblər.


 

  • 25-05-2022, 19:00