Faktlar göstərir ki, Polşanın Ukraynada ekspansiya planları var və bunu Moskvanın hərəkətləri ilə əlaqələndirmək sadəcə bəhanədir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“İstisna etmək olmaz ki, Varşava qonşu dövlətin ərazisində “sürünən genişlənmə” planları hazırlayır. Ən azından, faktlar bunu deyir. Bunu Rusiyanın xüsusi hərbi əməliyyatı ilə əlaqələndirmək bəhanədən başqa bir şey deyil”, - Rusiya XİN sözçüsü qeyd edib.