AZ   |   RU
Çin və Rusiya hərbi hava qüvvələri birgə hava patrulu həyata keçiriblər
 
Çin və Rusiya hərbi hava qüvvələri Yapon dənizi və Şərqi Çin dənizi üzərində, eləcə də Sakit okeanın qərbində birgə hava patrulu həyata keçiriblər.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, məlumatı Çinin Müdafiə Nazirliyi (MN) yayıb. Bildirilib ki, birgə uçuşlar Rusiya və Çin arasında illik hərbi əməkdaşlıq planının bir hissəsi olaraq baş tutub. Rusiya MN birgə patrul uçuşlarının 13 saat davam etdiyini açıqlayıb. Çin və Rusiya təyyarələrinin Yaponiya sərhədinə yaxınlaşması ilə əlaqədar Yaponiya qırıcı təyyarələrini havaya qaldırıb. Yaponiyanın müdafiə naziri Nobuo Kişi keçirdiyi mətbuat konfransında bildirib ki, Tokiyo məsələ ilə əlaqədar diplomatik kanallarla həm Rusiya, həm də Çinə “dərin narahatlıqlarını” çatdırıb.

O, insidentin Dördtərəfli Təhlükəsizlik Dialoqu liderlərinin Tokiodakı görüşü ilə eyni vaxtda baş verməsini mümkün təxribat kimi qiymətləndirib.



  • 17-05-2022, 17:30