AZ   |   RU
Maşınlarda maskadan istifadə ilə bağlı reydlər keçiriləcək


Karantin rejiminin sonunadək avtomobillərdə sürücü və sərnişinlərin maskadan istifadə etməsinə nəzarət üçün mütəmadi reydlər keçiriləcək.

Missiya.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, reydlərin cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılır.

Reyd zamanı xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirlər həyata keçiriləcək.

  • 10-04-2021, 11:27