Bazar 8 İyun 2025 / 7:25:06
                    AZ   |   RU
Brüsseldəki üçtərəfli görüş hansı uğurlu nəticələrə səbəb olacaq – Şərh
 
5 prinsip - Sülh müqaviləsinin hazırlanmasında əsas faktor

Mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü olub. Görüş olduqca məsuldar keçib. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.


Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirib. 

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.

Dövlət başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu deyib.

İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd edib.



Azərbaycan Prezidenti həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulayıb.

Dövlət başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Əbədi Qarabağ, arxivin qaranığına atılan status

Ardından Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub.

Xarici mediaya istinadən yayılan məlumata görə, 5 saat çəkən görüşdən sonra Ş.Mişel ənənəvi olaraq bəyanatla çıxış edib. Onu da vurğulayaq ki, görüşdə bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub.

AzərbaycanVətən müharibəsindəki qələbədən sonra yeni reallıqların yaranmasına da səbəb olub. 28 il ərzində qarşı tərəfin yanlış siyasəti nəticəsində meydana çıxan terminlər, ərazi iddialarını ifadə edən adlar belə, yeni reallığa uyğun tarixin görünməzliyinə gömülüb. Artıq neçənci beynəlxalq səviyyəli bəyanatdır ki, mətndə Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, Qarabağa hər hansı status verilə bilməz, verilməyəcək. Bəyanatdan aydın olur ki, status məsələsi ümumiyyətlə müzakirə mövzusu olmayıb, əks təqdirdə  Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə fikir mübadiləsi aparılmazdı. Bu kateqoriyadan olan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycan ərazisində yaşayan bütün insanlarla eyni hüquqa malikdirlər. Rəsmi Bakı Qarabağla bağlı yürütdüyü siyasətin əsas elementlərindən biri kimi, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarına böyük hörmətlə yanaşdığını, onları digər vətəndaşlarından ayrmadığnı dəfələrlə təqdim edib və bu istiqamətdən bir addım da olsun kənara çıxmayıb. Təbii ki, görüşdə də bu fakt bir daha vurğulanıb, işğaldan azad olunmuş ərazlərdə yaşayacaq, hazırda yaşayan ermənilərin təhlükısizliyinə tam təminat veriləcəyi xatırlanıb. 



Azərbaycan ərazisində yaşayacaq ermənilər Ermənistan ərazisində yaşayanlardan azad və xoşbəxt olacaqlar 

Əslində bu detalı xatırlatmadan da keçmək olar. Azərbaycan qanunvericiliyi bütün vətəndaşların hüquqlarını yüksək dərəcədə qorunmasını etiva edir. Lap dəqiq deyək, Ermənistandan fərqli olaraq, Azərbaycan monoetnik dövələt deyil. Azərbaycan multikulturalizminin nümunə olduğunu göstərən bir fakta diqqət çəkək. Dünyanın 20-y qədər nüfuzlu ünivesitetində “Azərbaycan multikulturazlimi” fənni tədris olunur və ölkədə yaşayan müxtəlif xalqların həm fiziki, həm də mənəvi qanunlar səviyyəsində necə azad, rahat yaşadıqları xarici tələbələrə bir daha təlqin olunur. Bu mənada Ermənistan arxayın olsun, sülh sazişi imzalanandan sonra Azərbaycan ərazisində yaşayacaq ermənilər Ermənistan ərazisində yaşayan ermənilərdən daha azad və xoşbəxt olacaqlar. 



Prezidentin Brüsseldən yurdlarına qayıdacq insanlara “tam arxayın olun” mesajı

Görüşdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub. Azərbaycan Prezidenti bütün görüşlərdə minatəmizləmə prosesindən söz açır və itkin düşən 4 mindən çox azərbaycanlının taleyinə aydınıq gətirilməsini tələb edir. Bu, həm də o deməkdir ki, Azərbaycan ərazilərini nəyin bahasına olursa olsun minalardan tam təmizləyəcək, ancaq bu işdə Ermənistan xəritələri təqdim etməmək əməlindən geri çəkiməli, beynəlxalq qurumlar minaların təmizlənmə işinə dəstək göstərməlidir. İlham Əliyevin digər sahələrdə olduğu kimi bu işi də prinsipial qaydada davam etdirməsi dədə-baba yurdlarına qaytmaq istəyənlərə də arxayın olun, siz yurdlarınızda tam təhlükəsiz yaşayacaqsınız” mesajı vermiş olur. 



Sərhəd Komissiyaları işə başlayır
 
Görüşdən çıxan nəticənin yaxşı xəbər kimi təqdim olunmağa nail hissəsindən biri də yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində   Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsinin razılaşdırılması hadisəsidir.  Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. 

Sülh sazişinin imzalanması istqamətində vacib olan amillərdən hesab edilən sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demorkasiya işlərinə başlanması Azərbacanın ən çox tələb etdiyi vacibiyyatlardandır. Ötən görüşlərin nətcəsi kimi yaradılan komissiya artıq fəaliyyətə başlayır. Bu hadisə olduqca təqdirəlayiqdir. 



Zəngəzur dəhlizinin reallaşdırılacağı mütləqiyyəti 

Görüşdə Azərbacanın təkid etdiyi daha bir vacib məqam öz həllini tapıb. Razılığa gəlinib ki, kommunikasiyalar tezliklə açılsın, Zəngəzur dəhlizi reallaşdırılsın, beynəlxalq daşımaların tənzimlənsin. Ermənstanın gecikdirdiyi bu məsələlər Azərbaycanın daim diqqətində olub. Bu konteksdən də görüşdəki nəticənin ölkəmizin xeyrinə olduğunu unutmamalıyq. 



Nəhayət Paşinyan hökuməti reallığı dərk etmək  hissinə sahiblənməyə başlayıb

Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar konteksində gömrük prinsipləri barədə razılığa gəlinməsi mövzusu da ciddi şəkildə çözülüb və bu işlərin də tez bir zamanda geçəkləşməsi qərara alınıb. Azərbaycan sülh üçün lazım olan bu detalları hər dəfə Ermənistana xatıradır. Nəhayət Paşinyan hökuməti reallığı dərk etmək  hissinə sahiblənməyə başlayıb. 



Avropa İttifaqından sülhə açıq dəstək

Bildiyiniz kimi, iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupu yaradılıb. Qrup fəaliyyəti görüşdə sonra geni sferaya çıxarılacaq. Görüşdə Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstək göstərəcəyi açıq elan edilib. 



Davamlı sülhə Azərbaycanın liderliyi və iradəsi ilə çatmaq mümkündür

Nüfuzlu beynəlxalq təkilatlar Qafqaz regionunda sülhün alternativi olmadığını dərk edirlər. Onu da dəqiqləşdiriblər ki, davamlı sülhə yalnız Azərbaycanın liderliyi və iradəsi ilə çatmaq mümkündür. Azərbaycan xüsusən müharibədən sonra böyük üstünlük əldə edib və alqışlanası da odur ki, dövlət bu üstünlükdən yalnız özü üçün deyil, xəstə təfəkkürlü millətçi siyasətinin yanlışlığına qurban gedən Ermənistanın xilası, regionun çiçəklənməsi, dünyanın gedişatına müsbət tərəfdən dəstək verilməsi konteksində istifadə etmək istəyir. Çox güman Avropa İttifaqı Şurası bu dəfə Ermənistan rəhbərliyinə gerçəyi daha dəqiqliyi ilə çatdıra bilib. Çox yaxın günlərdə həm Azərbaycan, həm Ermənistan, həm də beynəlxaq ictimaiyyət müsbət dinamikaya şahidlik edəcək, bu işdə Azərbaycanın necə güclü lokomativ olduğu bir daha təsdiqlənəcək. 

Ceyhun Musaoğlu 


  • 23-05-2022, 13:24