Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü zamanı Aİ liderinin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən Azərbaycan dövlətinin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirib.