AZ   |   RU
Madriddə Avropa Kardioloqlar Cəmiyyətinin Ürək Çatışmazlığı Assosiasiyasının konfransı keçirilir - FOTO
İspaniyanın Madrid şəhərində Avropa Kardioloqlar Cəmiyyətinin Ürək Çatışmazlığı Assosiasiyasının növbəti konqresi keçirilir. Konfransda Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov da iştirak edir. 
 
Missiya.Az xəbər verir ki,  bu barədə
professor özünün Facebook hesabında məlumat yayıb.   

"Konqresin birinci günündə maraqlı mövzular müzakirə olunur, ürək çatışmazlığının diaqnostikası və müalicəsində 2022–ci ilə olan yeniliklər, bilgilər verilir. 4 gün ərzində keçiriləcək konqresdə olan yenilikləri Sizinlə bölüşəcəyəm. Heart Failure 2022 konqresində aparıcı qlobal ekspertlər tərəfindən ürək çatışmazlığının bütün spektrini əhatə edən dərin elmi təqdimatlar müzakirə olunur."



  • 21-05-2022, 09:22