Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.
Missiya.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Prezident Niinistö “Twitter“də bildirib.
“Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığım baş tutdu. Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək. Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir”, - Finlandiya Prezidenti qeyd edib.