AZ   |   RU
Cozef Bayden: "Şimali Koreya lideri ilə görüşə hazıram"

"Şimali Koreya lideri Kim Çen Inla görüşə hazıram".

Missiya.Az
Report-a istinadən xəbər verir ki, ABŞ lideri Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yolla danışıqların yekununda bildirib.

“Şimali Koreya lideri ilə görüşə hazır olmağım, onun məsələyə səmimi və ciddi yanaşmasından asılıdır”, Cozef Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin mayın 20-də şərqi Asiya ölkələrinə - Cənubi Koreya və Yaponiyaya səfəri balayıb. Səfər çərçivəsində o, Cənubi Koreya lideri Yun Sok Yol ilə görüşüb.


  • 21-05-2022, 13:11