AZ   |   RU
ÜST-ün rəhbəri Rusiyadan Ukraynada mühasirəyə alınmış ərazilərə giriş tələb etdi

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Qebreyesus və Lavrov qlobal səhiyyə məsələlərində Rusiyanın rolunu və Ukraynadakı vəziyyəti birlikdə müzakirə ediblər.

Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, Bu barədə Qebreyesus özünün tvitter hesabında yazıb.

Qebreyesus Lavrovdan Mariupol, Xerson, Cənubi Zaporojye və digər mühasirəyə alınmış ərazilərə sağlamlıq yardımı çatdırmaq üçün təhlükəsiz giriş tələb etdiyini bildirib.

Daşqın Həsənov
Missiya.Az


  • 19-05-2022, 19:14