Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukraynanın Mariupol şəhərində yerləşən Azovstal polad zavodunu tərk edən döyüşçülərin və yaralıların qeydiyyatına başlayıb.
Missiya.Az The Guardian-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyanat yayıb.
Komitənin asanlaşdırdığı qeydiyyat prosesi fərdin adı, doğum tarixi və ən yaxın qohumu kimi şəxsi məlumatları olan formanı doldurmasını nəzərdə tutur. Bu məlumatlar komitəyə əsir düşənləri izləməyə və ailələri ilə əlaqə saxlamağa kömək edəcək.
Daşqın Həsənov
Missiya.Az