Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndirir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, İşçi Qrupun fəaliyyətinə Azərbaycan və Ermənistan XİN başçıları tərəfindən Rusiya xarici işlər naziri ilə görüşdə də verilib.
"Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarını açılması və iqtisadi əlaqələrin bərpa olunmasını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində əsas vəzifələrdən biri hesab edirik", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.