Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Avropa Geosiyasi Birliyinin yaradılmasına çağırış edib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, Prezident Mişel bu barədə Avropa İqtisadi və Sosial Komitəsinin plenar iclasında çıxışı zamanı deyib.
"Mən Avropa Geosiyasi Birliyinin yaradılmasına çağırış edirəm. Məqsəd qitəmizdə ümumi çağırışların, sülhün, sabitliyin və təhlükəsizliyin həlli üçün yaxınlaşma yaratmaq və bu istiqamətdə konkret addımlar atmaq üçün əməkdaşlığı dərinləşdirməkdir. Mən təklif edəcəm ki, yayda və ya daha sonra bununla bağlı konfrans keçirilsin. Konfrans bu yeni layihənin konkret variantlarını müzakirə etmək üçün Aİ və müvafiq tərəfdaş ölkələrin liderlərini bir araya gətirəcək", - Şarl Mişel qeyd edib.
O, həmçinin çıxışında bildirib ki, Aİ Şurasına prezidentlik edən Fransa ilə birlikdə iyun ayında Aİ liderləri və Qərbi Balkan regionun liderlərinin iştirakı ilə görüş təşkil edəcək.