Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasından bildirilib.
Qeyd olunub ki, Ərdoğan Əbu-Dabiyə keçmiş prezident Şeyx Xəlifə Bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar səfər edib.
Başsağlığı ziyarəti çərçivəsində türkiyəli lider Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Səfərdə Ərdoğanı milli müdafiə naziri Hulusi Akar müşayiət edir.