AZ   |   RU
Ərdoğandan İsvec və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı daha bir açıqlama

Finlandiya və İsveçin NATO-ya qoşulması ətrafında qalmaqal bitmək bilmir.

Missiya.Az
BBC News-a istinadən xəbər verir ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə sanksiya tətbiq edən ölkələrin alyansa qəbuluna razı olmayacağını deyib.

Qeyd edək ki, İsveç üç il əvvəl Türkiyənin Suriyaya hərbi müdaxiləsindən sonra Ankaraya silah satışını dayandırmışdı. Bundan əlavə Finlandiya və İsveç Türkiyənin terrorçu kimi tanığı kürd yaraqlılarının ekstradisiyasına dair müraciətləri rədd edib.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-05-2022, 17:55