AZ   |   RU
"Təəssüf ki, İƏT-in ticarət razılaşması hələ əməli fəaliyyətə başlamayıb" - Mahmadtoir Zokirzo

“COVİD-19 pandemiyanın nəticələrinin aradan qaldırılması üçün regional və qlobal səviyyədə beynəlxalq ictimaiyyətin sıx şəkildə əməkdaşlığına ehtiyac olduğunu gördük”.

Missiya.Az
apa-ya istindən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda deyib.

O bildirib ki, Tacikistan Prezidenti ölkələrimiz arasında ticarətlə bağlı maneələrin aradan qaldırılmasını təklif edib: “Təəssüf ki, İƏT-in ticarət razılaşması hələ əməli fəaliyyətə başlamayıb. Biz üzv ölkələri qarşılıqlı ticarəti artırmaq üçün təkliflər hazırlamağa çağırırıq. Nəqliyyat əlaqələrinin açılması, kommunikasiyaların genişlənməsi İƏT ölkələri arasında qarşılıqlı ticarətin həcmini artıracaq. İƏT-ə üzv dövlətlər birgə fəaliyyət göstərməlidir. Biz Bakı Bəyannaməsini qəbul etməliyik”.


  • 17-05-2022, 15:58