“Rusiyanın Ukraynanın Xarkov şəhərini ələ keçirə bilməməsi ölkə üçün məğlubiyyət kimi qiymətləndirilməlidir.”
Missiya.Az BBC News-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya Birləşmiş Qüvvələrinin keçmiş komandiri Riçard Barronson deyib.
“Xarkovun işğalı Rusiya ordusu üçün əsas məqsədlərdən idi” deyən Barronson, əlavə edib ki, Moskvanın böyük şəhərləri ələ keçirəcək şəxsi heyət sayı, iradəsi və bacarığı yoxdur.
Ukrayna qoşunları ölkənin ikinci ən böyük şəhəri və 1,4 milyon insanın yaşadığı Xarkov yaxınlığında əks-hücum əməliyyatı keçirdikdən sonra Rusiya ilə sərhəddə çatıb.
Daşqın Həsənov
Missiya.Az