Ukrayna Prezidenti Vladimir Zelenski “Avrovizya” mahnı müsabiqəsinin Mariupolda keçirilməsi üçün hər şeyi edəcəyinə söz verib.
Missiya.Az apa-ya istinadən xəbər verir ki, bu barədə “Lenta.ru” saytı məlumat yayıb.
Zelenski bir gün əvvəl keçirilən müsabiqədə Kaluş Orkestrini qələbə münasibətilə təbrik edib.
“Biz hər şeyi edəcəyik ki, Mariupolu şəhəri “Avrovizya”nın iştirakçılarını və qonaqlarını qəbul etsin. Azad, dinc, yenidən qurulmuş şəkildə”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, ötən gün Ukraynanın “Kaluş Orkestri” qrupu 631 balla “Avrovizya 2022” mahnı müsabiqəsinin qalibi olub.